26.12.2020, 09:58 - Baxış sayı: 639

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilibPrezident İlham Əliyev dekabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Təltif edilmiş hərbçilər arasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, baş leytenant Radif Mustafayev də var.
Təltif olunması münasibəti ilə Radif Mustafayevi təbrik edir, ona uğurlar arzulayırıq.
Qarabağ Azərbaycandır!