12.12.2020, 10:31 - Baxış sayı: 485

“Ulu Öndərin ruhu şaddır” mövzusunda videokonfrans keçirilib


“Ulu Öndərin ruhu şaddır” mövzusunda videokonfrans keçirilib09 dekabr 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologuya İnstitutunun və Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu Öndərin ruhu şaddır” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda AMEA Fəlsəfə və Sosiologuya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Yeni Azərbaycan Partiyasının Fəlsəfə və Sosiologuya İnstitutu Təşkilatının sədri Sənan Həsənov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmlər doktoru, professor İsaxan Vəliyev, həmçinin Xaçmaz, Neftçala, Samux, Qəbələ, Siyəzən, Şabran, Sabirabad, Hacıqabul, Lənkəran, Qax, Yardımlı, Astara, Ucar, Salyan, Şamaxı, Qazax, Tovuz, Ağstafa, Beyləqan rayon Heydər Əliyev Mərkəzlərinin direktorları iştirak ediblər.
Videokonfransı Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq hər il ölkəmizdə Azərbaycan xalqının Ümummili Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olduğu və əbədiyyətə qovuşduğu günlərin geniş miqyasda qeyd edildiyini bildirib. Natiq iştirakçıların diqqətinə çatdırıb ki, bu tədbirlər müstəqil Azərbaycan dövlətinin böyük qurucusu olmuş Ulu Öndər Heydər Əliyevin keçdiyi çətin və şərəfli yolun, apardığı böyük mübarizələrin timsalında dövlət müstəqilliyimizin şanlı tarixinin xalqımıza çatdırılmasına xidmət etməklə, xalqımızı, xüsusən yeni nəsilləri çətin və şərəfli yolun dərslərini unutmamağa, müstəqil dövlətimizi qorumaq və inkişaf etdirmək üçün hər cür mübarizəyə hazır olmağa bir çağırışdır.
"Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin növbəti xatirə gününü bu il müstəqil dövlətimiz və xalqımız üçün çox əlamətdar bir gündə - Dağlıq Qarabağın və ətraf rayonların 30 ildən sonra erməni işğalından azad edildiyi tarixi bir dövrdə qeyd edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qalibiyyət yürüşü tarixi qələbə ilə başa çatdı. Bu, Prezident İlham Əliyevin adı ilə bağlı olan və Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılacaq ən parlaq tarixi hadisədir", - deyə Könül Rəhimova vurğulayıb.
“Ulu Öndərin ruhu şaddır” mövzusunda videokonfrans keçirilibVideokonfransda ilk olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmlər doktoru, professor İsaxan Vəliyevin “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzəsi dinlənilib. Professor müasir Azərbaycan Respublikasının Ulu Öndər Heydər Əliyevin şah əsəri olduğunu söyləyib, Ulu Öndərin birinci Qarabağ müharibəsində atəşkəsə nail olmaqla, ölkədəki vətəndaş müharibəsini dayandırmaqla və quruculuq işlərinə başlamaqla dövlətimizin gələcək tarixində əsaslı dönüşün təməlini qoyduğunu bildirib. Professor çıxışında 44 günlük Vətən müharibəsində qələbənin təməlinin də Ulu Öndər tərəfindən qoyulduğunu, beynəlxalq danışıqlarda münaqişənin həllinin sülhə, dialoqa əsaslandığını mütəmadi bildirdiyini, lakin müharibə amilini də istisna etmədiyini qarşı tərəfə xatırlatdığını söyləyib.
Daha sonra videokonfransda çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov “Güclü dövlətçilik strategiyasında irs və varislik əlaqələri” başlıqlı məruzəsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on yeddi il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik liderin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi. Qeyd etdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Sənan Həsənov Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin Heydər Əliyevin adı ilə, eyni zamanda 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində xüsusi ilə təhsil istiqamətində aparılan islahatlarda əldə edilmiş möhtəşəm nailiyyətlərin dahi şəxsiyyətin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır. Dövlətimizin başçısı cənab İlham Əlievin rəhbərliyi ilə qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoş sabahlara doğru aparır. Sənan Həsənov AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin tədqiqi ilə bağlı aparılan tədqiqat və təbliğat işlərinə toxunaraq ölkəmizdə Ulu Öndərin adını daşıyan “Heydər Əliyev Mərkəzlər”i ilə bu istiqamətdə əməkdaşlığın mühüm elmi-ictimai əhəmiyyətindən danışdı.
İnstitutun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin bu istiqamətdə son illər alimlərlə geniş ictimaiyyatın sıx əlaqələrinin formlaşması təşəbbüslərinin əhəmiyyətini diqqətə catdırdı. Mövcud əməkdaşlıqların perspektivlərinə və istiqamətlərinə dair fikir mübadiləsi aparıldı.
Tədbirdə Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədovanın “Heydər Əliyev-liderlər əsrinin lideri” mövzusunda məruzəsi, Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımovanın, Xaşmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərovanın, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənovanın, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayevin, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədovanın, Lənkəran rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqovanın çıxışları dinlənildi. Natiqlər Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs etdilər. Bildirdilər ki, Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən aldı, onun strateji mövqelərini bərpa etdi. Natiqlər vurğuladılar ki, Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirərək “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamı ilə Azərbaycanın qüdrətli gələcəyinə təminat yaratdı.
Çıxış edənlər onu da vurğuladılar ki, Azərbaycanın bu günkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Bu siyasi xətt hələ uzun illər Azərbaycanın qələbələr tarixinin təminatcısı və siyasi təfəkkürümüzin avanqardı olaraq xalqımıza xoşbəxt gələcək bəxş edəcəkdir.