ESTETİKA


    Estetika şöbəsi 2010-cu ildə “Gözəlliyin fəlsəfəsi” qrupu əsasında yaradılmışdır. Hazırda şöbədə 10 əməkdaş çalışır.
    Şöbənin müdiri – fəlsəfə üzrə elmlər doktoru Adil Əsədovdur.
    Adil Əsədov 1986-1989-cü illərdə fəlsəfə ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyası (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır. "Təfəkkürün tarixi tipləri və mühəndis fəaliyyəti" mövzusunda dissertasiyasını vaxtından əvvəl, aspirantura müddəti başa çatmamış müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.     Aspiranturanı bitirdikdən sonra Akademiyada işə qəbul olunmuş və burada elmi karyeranın bütün mərhələlərindən keçmişdir: əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışmışdır.
    2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını təsis etmişdir. Assosiasiyanın xətti ilə dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və təbliğində iştirak etmişdir.
    Dünya Azərbaycanlılarının III Qurultayının (2011) nümayəndəsi olmuşdur.
    2011-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. İnstitutun Elmi Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İnstitutun nəzdində yaradılan Dissertasiya Şurasının və Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası nəzdində Fəlsəfə, Sosiologiya, Hüquq və Siyasi elmlər üzrə Problem Şurasının üzvüdür.
    Azərbaycan, rus, ingilis və alman dillərində çap olunan 170-dən artıq elmi məqalənin müəllifidir.
    Bir çox beynəlxalq konfransların iştirakçisı və məruzəçisi olmuşdur. Bakıda, Moskvada, Minskdə, Tbilisidə, Belqorodda, Bratislavada, Afinada, Sankt-Peterburqda, Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində keçirilən beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir. Sosial elmlər üzrə İkinci Ümumavropa Konfransında (13-18 iyun, 1998) Azərbaycanı təmsil etmişdir. "Moslem World and Europe" adlı məruzəsi 1999-cü ildə Parisdə çap olunmuşdur.
    Postsovet məkanının ən nüfuzlu fəlsəfi jurnalı olan «Вопросы философии» jurnalında 20 illik fasilədən sonra (2011) çap olunan ilk Azərbaycan müəllifidir.
    Dünya fəlsəfi irsindən iri həcmli tərcümələri vardır. Alman filosofu Artur Şopenhauerin Dünya iradə və təsəvvür kimi adlı şah əsərini, Norveç filosofları Gunnar Skirbekkin və Nils Gilyenin "Fəlsəfə tarixi" əsərini və Amerika filosofu Uill Dürantın "Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları" əsərini Azərbaycan dilinə tərcümə etmişdir.
    Şöbənin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Təhminə Ağakişiyeva 1984-1990-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır.
2010-cu ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2014-cü ildən “Estetika” şöbəsində böyük elmi işçi vəzifəsində çalışır.
1(bir)monoqrafiya , xarici ölkələrdə Beynəlxalq səviyyəli elmi konfranslarda çap edilən 11 və Respublikada çap edilən 29 elmi əsərin müəllifidir.
Şöbənin elmi işçisi Nailə Əsədova.
Nailə Əsədova 1989-cu ildə Bakı Dövlət Universitetini bitirmişdir. Elmlər Akademiyasında 2004-cü ildən, Şöbədə 2010-cu ildən fəaliyyət göstərir. “Estetik təfəkkür və onun əsas inkişaf mərhələləri” mövzusunda dissertasiyası AMEA Fəlsəfə İnstitutu yanında Dissertasiya Şurası tərəfindən müdafiyəyə qəbul edilmişdir.
Şöbənin elmi işçisi Almaz Məlikova.
Almaz Məlikova kino sənətinin inkişaf problemləri üzrə tədqiqat aparır.
Şöbənin elmi işçisi Yasmina Məlikova.
Yasmina Məlikova teatr sənətinin estetik xüsusiyyətləri üzrə elmi araşdırmalar aparır, məkan və zamanın teatrda mücəssiməsi ilə bağlı dissertasiya üzərində tədqiqat işini başa çatdırmaqdadır. Şöbənin kiçik elmi işçisi Natalya Əliyeva.
Natalya Əliyeva Bakı Dövlət Universitetini bitirmişdir. Şöbədə 2013-cü ildən çalışır. Şöbədə aparılan bir sıra tədqiqatların nəticələrinin rus dilinə tərcümə olunmasında və postsovet məkanında yayılmasında iştirak etmişdir. Hazırda “İncəsənətdə siyasət” mövzusunda elmi tədqiqat aparır.
Şöbənin böyük laborantı Türkan Məmmədova.
Türkan Məmmədova Bakı Dövlət Universitetini Fəlsəfə ixtisası bitirmişdir. Şöbədə 2016-cı ildən çalışır.
Şöbənin böyük laborantı Düranə Nəzərli.
Düranə Nəzərli Bakı İslam Universitetində təhsil almışdır. Şöbədə 2015-ci ildən çalışır.
Şöbənin böyük laborantı Aydan Fuad qızı Bakı Dövlət Universitetini bitirmişdir. Şöbədə 2017-ci ildən çalışır.
    Şöbənin əsas əsərləri:
    Adil Əsədov. Gözəlliyin fəlsəfəsi. Bakı, Nurlan, 2005, 500 s.
    Bəxtiyar Vahabzadə, Adil Əsədov. Poеziya və fəlsəfə: idеalın fəlsəfi mənalandırılması ilə mənanın poеtik idеallaşdırılması arasında yaxınlaşmalar (dialoq). – Futuroloq, sеntyabr, 1999-ci il, №1.
    Adil Əsədov. Rənglərin fəlsəfəsi: təsviri sənət fəlsəfənin təqdimatında – Məruzələr // Azərbaycan Milli Elmlər Akademiyası. Cild, 2003, № 5-6. S. 273-279.
    Адиль Асадов. Мышление. Творчество. Эпоха. Баку: Издательство «Текнур», 2009. - 159c.
    А.И.Асадов. Заметки о философском статусе понятия "мышление". Москва, журнал «Вопросы философии», 2011. - № 6.- с. 169-172.
    Adil Asadov. Moslem World and Europe - İn: Europe: Expectations and Reality. The Challenge for the Social Sciences. CONCLUSIONS AND RECOMMENDATIONS of the Second European Social Science conference. Paris, 1999. - pp. 318-327.
    Adil Asadov. Parallels between the Senthesis Forms of Masculinity and Femininity. – Genderology, 2000, 2. – pp. 18-19.
    Adil Asadov. Analytic Thinking in Historical Development: psychological experience and logical construction of determinism. – Social Sciences, 2000, №2. – pp. 92-96.
    Adil Asadov. Hegel: from explanation of immanece core to its confirmation. // Today & Tomorrow. № 10(17) October, 2008. – pp. 66-72.
    Həbib Hüseynov. Mühəndis tfəkkürü: texnki yaradıcılığa evristik yanaşma və onun tarixi tipləri. Bakı, Təknur, 2008, 500 s.
Təhminə Ağakişiyeva. Milli mədəniyyətin inkişafında milli – mənəvi irsin rolu -- Mədəni müxtəliflik sosial-siyasi dəyər kimi Kulturoloqların II milli forumu Beynəlxalq elmi-praktik konfrans materialları. Bakı , “Elm “ , 2010, səh.441-447
Təhminə Ağakişiyeva. Milli mədəniyyətin inkişafı xalqımızın iftixar mənbəyidir - Azərbaycan Şərqşünaslıq Elminin İnkişaf Yolları”. Akademik Vasif Məmmədəliyevin 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın Materialları 27-28 iyun 2013- cü il. Bakı,” Bakı çap evi”, 2013, səh. 504-505.
Təhminə Ağakişiyeva. Эстетическое воспитание в контексте информационного общества - Ukrayna Respublikası İvan Franko adına Droqobıç Dövlət Pedaqoji Universitetində (Ukraina) “ Фундаментальные и прикладные исследования: Современные научно - практические решения и подходы”. I Beynəlxalq elmi-praktiki konfransın materiallar toplusu. Баку – Ужгород – Дрогович: Посвит 2016, səh. 64-69
Təhminə Ağakişiyeva. Роль общественного объединения IDEA в развитии экологической эстетики в современном Азербайджане - Ukrayna Respublikası İvan Franko adına Droqobıç Dövlət Pedaqoji Universitetində “Фундаментальные и прикладные исследования: Современные научно - практические решения и подходы” mövzusunda 10.03.2017 ci il tarixdə keçirilən II Beynəlxalq elmi-praktiki konfransın materiallar toplusunda çapdan çıxmışdır. //Баку – Ужгород – Дрогобич : Посвіт, 2017, səh.145-148.
Təhminə Ağakişiyeva. Virtual münasibətlərin qlobal xüsusiyyətləri - YUNESKO-nun təsis etdiyi ümümdünya fəlsəfə gününə həsr olunmuş Respublika elmi-nəzəri konfrans materialları. Bakı, “TəkNur”, 2010(AMEA, FSHİ) səh.17-20
Təhminə Ağakişiyeva. Azərbaycanın dilinin xilaskarı - Heydər Əliyevin anadan olmasının 92-ci və Universitetində keçirilən beynəlxalq elmi-praktiki konfransBakı 2015, səh.76-82
Təhminə Ağakişiyeva. Эстетический аспект информационной культуры” adlı məqaləni Bakı Gərb Universitetinin Elmi Xəbərlər Humanitar Elmlər seriyası yurnalında çapdan çıxmışdır. //Баку, Elm -2017 , səh. 33 – 41