ARXİV


Həşimova Sənubər Qulam qızı Şöbə müdiri

Arxiv şöbəsi 2004-ci ildə yaradılıb. Şöbənin əsas işi İnstitutda çalışan alimlərin əl yazmalarını, elmi əsərlərini və İnstitutun şöbələrinin elmi hesabatlarının toplanması, əməkdaşların şəxsi işlərinin arxivini və İnstitutun işğüzarlıq və maliyə sənədlərinin arxivinin sistemləşdirilib saxlanmasından ibarətdir.
Beləki Fəlsəfə İntitutu yaradılandan bugünə kimi institutda çalışmış görkəmli filosof alimlərin: A.Makovelskiy, Z.Göyüşov, F.Köçərli, M.Səttarov, Z.Məmmədov, Z.Qasımov, Y.Rüstəmov, Ə.Zakuyev, Z.Quluzadə, M.Ağamirov, A.İsmayılov, D.Zeynalov, M.Zakirzadə, Q.İmanzadə, R.Bədəlov, İ.Əfəndiyev, M.Əbilov, S.Rzaquluzadə, Ş.Mirzəyeva, H.Hüseynov və digərlərinin əlyazmaları toplanılıb saxlanılır.
Şöbə yaradılandan bugünə kimi şöbəyə 1952–ci il təvəllüdlü Həşimova Sənubər Qulam qızı rəhbərlik edir, təhsili ali, 1974–cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.
Şöbənin diğər işçisi 1981-ci il təvəllüdlü Həmidova Leyla 2002–ci ildə İncəsənət İnstitunu bitirmişdir.